Ucnoqta.az
www.ucnoqta.az

"Atamın vəziyyəti ağır olaraq qalır, reanimasiyadadır" - Aftandil İsrafilovun qızı

10:14 - 14 Aprel 2023 tarixində dərc olunub.

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.

Müəllif: Ucnoqta.az redaksiyası