Ucnoqta.az
www.ucnoqta.az

"Twitter" maksimum mesaj həcmini artırdı

07:29 - 14 Aprel 2023 tarixində dərc olunub.

"Twitter" sosial şəbəkəsi maksimum mesaj ölçüsünü 10 000 simvola qədər artırıb

Ucnoqta.az xəbər verir ki, bu barədəTwitter Write səhifəsində məlumat verilib. Məlumata görə, həmçinin Twitter Blue abunəsi altında şrift formatını təqdim edib.

"Biz Twitter-də yazmaq və oxumaq təcrübəsini təkmilləşdiririk! Bu gündən etibarən "Twitter" mətni qalın və ya kursivlə formatlamaq imkanı ilə 10.000 simvola qədər olan mesajları dəstəkləyir", - yazıda deyilir.

Qeyd olunur ki, bu funksiyalara daxil olmaq üçün ödənişli "Twitter Blue"ə abunə olmalısınız.

Müəllif: Ucnoqta.az redaksiyası