Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda 100 min manata qıfıl satılır - FOTO

17:28 - 13 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycanda fantastik qiymətə qıfıl satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, varlanmaq istəyən şəxs sahib olduğu əşyaya Tap.az saytında müştəri axtarır. 

Elan verən şəxsin sözlərinə görə, qıfıl 1845-ci ildə istehsal olunub və Çar Rusiyası dövrünə aiddir. Qeyd olunub ki, qıfıl qatqısız dəmirdən hazırlanıb və antikvar əşya kimi satılır. 

Əşyanın qiyməti 100 min manatdır. 

Müəllif: Ucnoqta.az redaksiyası