Ucnoqta.az
www.ucnoqta.az

Sabunçuda narkotik qəbul edən sürücü həbs edilib

10:39 - 13 Aprel 2023 tarixində dərc olunub.

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən aprelin 11-də saat 15 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini Nicat Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobildə işıq cihazlarından düzgün istifadə etmədiyinə görə saxlanılıb.

Sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunub.
Sabunçu rayon məhkəməsinin qərarı ilə N.Həsənov 2 il müddətinə sürücülük hüquqund an məhrum edilməklə 10 gün müddətində inzibati qaydada həbs edilib.

Müəllif: Ucnoqta.az redaksiyası