Ucnoqta.az
www.ucnoqta.az

Pensiyaların ödəniləcəyi tarix açıqlanıb

09:57 - 13 Aprel 2023 tarixində dərc olunub.

Sabah bölgələr üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə Ucnoqta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Qeyd olunub ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Müəllif: Ucnoqta.az redaksiyası