Ucnoqta.az
www.ucnoqta.az

Bakıda bu yollarda tıxac var - Siyahı

08:23 - 13 Aprel 2023 tarixində dərc olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında müşahidə olunan sıxlıq barədə məlumat yayıb.

Ucnoqta.az Mərkəzə istinadən xəbər verir ki, paytaxtın bir sıra küçə və prospektlərində tıxac var.

Hal-hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, əsas və kənar yol, mərkəz istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Badamdar şosesi, mərkəz istiqamətində;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Koroğlu Rəhimov küçəsi, hər iki istiqamətdə;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində;

14. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası