Ucnoqta.az
www.ucnoqta.az

Ançelotti "Real Madrid" məşqçiləri arasında rekordçu olub

05:01 - 13 Aprel 2023 tarixində dərc olunub.

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqası matçlarında qazanılan qələbələrin sayına görə məşqçilər arasında klubun rekordçusu olub.

Ucnoqta.az xəbər verir ki, "Real Madrid" Çempionlar Liqasının ilk 1/4 final matçında "Çelsi"ni məğlub edib. Bu qələbə Ançelottinin Çempionlar Liqasında madridlilərın çalışdırdığı 47 oyunda 35-ci qələbəsi olub. O, bu göstəricidə "Real Madrid"in rəhbərliyi altında Çempionlar Liqasında 60 matçda 34 qələbə qazanan Visente Del Boskeni ötüb.

Xatırladaq ki, aprelin 12-də Madriddə keçirilən oyun 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası