"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda "Nərimanov" stansiyasında nasazlıq yaranıb.
Ucnoqta.az xəbər verir ki, saat 21 radələrində qatarda yaranmış nasazlıq səbəbindən "Nərimanov" stansiyasında hərəkət edə bilməyib. Qatarların arasında ciddi interval yaranıb. Bu səbəbdən tuneldə də qatarların qaldığı bildirilir. Qatarın stansiyadan çıxarılması üçün iş aparılır.