Ucnoqta.az
www.ucnoqta.az

"Şagirdlər 3 saat ərzində 3 fərqli fəndən 85 test tapşırığına necə cavab verə bilər?

21:09 - 12 Aprel 2023 tarixində dərc olunub.

"Görəsən kimsə Elm və Təhsil nazirliyinin nə işlə məşğul olduğunu bilirmi? Və ya bu qurum təhsilin hər şeyinə cavabdeh olduğunu anlayırmı? Görünən budur ki, Elm və Təhsil nazirliyinin fəaliyyətini şotçikdən söndürüb gediblər.
Vallah, mənə elə gəlir ki, bunlar həqiqətən də özlərinin Elm və Təhsilə aidiyyəti olmadığını artıq başa düşüblər, sadəcə işdən azad edilmələri ilə bağlı fərman və sərəncamı gözləyirlər".

Ucnoqta.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında yazıb.
"Deməli, mart ayında 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib. DİM sualları saytına yerləşdirib ki, bax budur suallar. Ölkənin Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu bir dənə reaksiya vermir.

Misal üçün, işarələdiyim test tapşırığı və onun həllinə baxın. Bu test tapşırığı üçün onun texniki pasportunda neçə dəqiqə vaxt ayrılıb?

Şagirdlər 3 saat ərzində 3 fərqli fəndən 85 belə test tapşırığına necə cavab verə bilər?" - ekspert qeyd edib.

Müəllif: Ucnoqta.az redaksiyası