Ucnoqta.az
www.ucnoqta.az

UNEC-in müəllimi vəfat etdi - FOTO

19:08 - 12 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi vəfat edib. 

Bu barədə UNEC məlumat yayıb. 

Universitetin Maliyyə və audit kafedrasının dosenti Cəmaləddin Zərbəliyev vəfat edib.

O, 1966-1970-ci illərdə UNEC-də Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə təhsil alıb. Məzun olduğu il universitetdə laborant kimi işə qəbul olunub, 1973-cü ildən müəllimlik fəaliyyətinə başlayıb. 2005-2020-ci illərdə Uçot-iqtisad fakültəsinin (indiki Maliyyə və mühasibat) dekan müavini olub.

Müəllif: Ucnoqta.az redaksiyası