Ucnoqta.az
www.ucnoqta.az

Ermənistanın təxribatı nəticəsində ölən erməni hərbçilərindən biri leytenant imiş ... - FOTO

13:04 - 12 Aprel 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Nəticədə 3 hərbçimiz şəhid olub.

Ucnoqta.az xəbər verir ki, Ermənistan MN 4 hərbçisinin öldüyü daha 6 nəfərin yaralandığı barədə məlumat yayıb. Məlumata görə, məhv edilən erməni hərbçilərindən biri leytenant Henrik Köçəryan olub. Henrik Köçəryan 44 günlük Qarabağ müharibənin iştirakçısı olub.
O, ötən gün ermənilərin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib.

Müəllif: Ucnoqta.az redaksiyası