Ucnoqta.az
www.ucnoqta.az

Nazir polkovnik-leytenantı yüksək vəzifəyə təyin etdi

10:32 - 12 Aprel 2023 tarixində dərc olunub.

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Anar Məmmədov vəzifədən azad edilib.

Digər əmrlə A.Məmmədov DİN-in Baş Mühafizə İdarəsinin Quba-Qusar Regional Mühafizə İdarəsinin rəisi təyin olunub.

Müəllif: Ucnoqta.az redaksiyası