Ucnoqta.az
www.ucnoqta.az

Sürücülük vəsiqəsi almaq istəyənlərin NƏZƏRİNƏ! - Bundan sonra... - VİDEO

09:46 - 12 Aprel 2023 tarixində dərc olunub.

Sürücülük vəsiqələrinin verilməsi qaydasına dəyişikliklər gözlənilir. Bunlardan biri sınaq mərhələsi layihəsidir.

Ucnoqta.az xəbər verir ki, təklif olunan dəyişiklik təcrübəsiz sürücülər üçün nəzərdə tutulub.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı aztv-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində yeni sürücülük vəsiqəsi alanlarla bağlı buna keçid edilib:

"Bu şəxslərə sınaq mqddət verilir. Həmin müddət ərzində kobud qayda pozuntularına yol verirsə, onun sürücülük hüququ məhdudlaşdırılır. Bundan sonra o, yenidən imtahan və digər prosedurlara cəlb edilir".///azxeber.com
 

Müəllif: Ucnoqta.az redaksiyası