Ucnoqta.az
www.ucnoqta.az

Neftin bahalaşması davam edir

09:30 - 12 Aprel 2023 tarixində dərc olunub.

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,06% artaraq, 1 barelə görə 85,66 dollar təşkil edib.

Ucnoqta.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,07% artaraq, 81,59 dollara bərabər olub.

Müəllif: Ucnoqta.az redaksiyası