Tesla Model Y-nin sadələşdirilmiş versiyası üçün sifarişləri qəbul etməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, zvtomobil istehsalçısının saytındakı konfiquratorda elektrik krossoverinin yeni versiyası ilə variant peyda olub. Yenilənmiş Model Y həm də ikimühərrikli tam ötürücülü transmissiya alıb, lakin elektromobilin diapazonu azaldılıb - 450 kilometrə qədər. Jurnalistlər avtomobilin yeni Tesla 4680 akkumulyatoruna əsaslandığını irəli sürüblər.
Avtomobilin qiyməti 50 min dollar təşkil edir.