Ucnoqta.az
www.ucnoqta.az

Nazir məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmır

17:53 - 11 Aprel 2023 tarixində dərc olunub.

Məktəblərdə vakansiyaların gizlədilməsinin mümkün olacağına inanmıram.

Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, hazırda təhsil müəssisələrində vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb:

"Vakansiyaların gizlədilməsi hallarına inanmıram. Sadəcə olaraq bəzi məktəblərimizdə müəllim sayı zəruri olduğundan çoxdur. 4 sinifə 24 müəllim düşən məktəblərimiz var. Belə olduğu halda hansısa müəllim pensiyaya çıxanda, biz o yerə vakansiya elan etmirik. Bəzən anlaşmazlıq yaranır ki, filan məktəbdə hansısa müəllim gedib, lakin yeri vakansiyaya çıxarılmayıb. Belə istisna halların izahı var. MİQ-lə bağlı vakansiyalar yay aylarının əvvəlində elan ediləcək".///Apa

Müəllif: Ucnoqta.az redaksiyası