Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada güclü zəlzələ baş verib

16:03 - 11 Aprel 2023 tarixində dərc olunub.

Rusiyanın Petropavlovsk-Kamçatski volayəti yaxınlığında 5,8 bal gücündə zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti” Federal Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri şəhərdən 51 kilometr aralıda olub. 

Müəllif: Ucnoqta.az redaksiyası