Ucnoqta.az
www.ucnoqta.az

Əli Həsənov və Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

13:36 - 11 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov “Şərəf” ordeni ilə təltif edilib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cavanşir Hümmət oğlu Paşazadə “Şərəf” ordeni ilə təltif edilsin.

Müəllif: Ucnoqta.az redaksiyası