Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan HHQ komandanı ABŞ-a səfər edib - FOTO

21:55 - 10 Aprel 2023 tarixində dərc olunub.

Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Səfər çərçivəsində general-leytenant R.Tahirov ABŞ Hərbi Hava Qüvvələrinin komandanı ordu-generalı Çarlis Braun ilə görüşüb.

Tərəflər hərbi əməkdaşlığın cari vəziyyəti və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim də iştirak edib.

Müəllif: Ucnoqta.az redaksiyası