Ucnoqta.az
www.ucnoqta.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni TƏYİNAT

15:10 - 10 Aprel 2023 tarixində dərc olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Təlimə Dəstək Mərkəzinə yeni təyinat həyata keçirilib.

BŞTİ-dən verilən xəbərə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, Fərzəliyeva Minarə Qəzənfər qızı Təlimə Dəstək Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş inspektor vəzifəsində çalışıb.

Müəllif: Ucnoqta.az redaksiyası