Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna xarici işlər nazirinin müavini Hindistana səfər edib

11:14 - 10 Aprel 2023 tarixində dərc olunub.

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Caparova Hindistana səfərə gəlib.

Ucnoqta.az xəbər verir ki, NDTV kanalının verdiyi məlumata görə, bu, ötən il Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri Kiyev nümayəndəsinin respublikaya ilk rəsmi səfəridir.

Respublika Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Caparovanın səfəri aprelin 12-dək davam edəcək. Onun Hindistan xarici işlər nazirinin müavini Sanjay Verma ilə danışıqlar aparması, orada ikitərəfli münasibətləri müzakirə edəcəyi, Ukraynadakı mövcud vəziyyət və qarşılıqlı maraq doğuran qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Caparova həmçinin dövlət xarici işlər və mədəniyyət naziri Meenakşi Lekhi və milli təhlükəsizlik müşaviri müavini Vikram Misri ilə görüşəcək.

Müəllif: Ucnoqta.az redaksiyası