Ucnoqta.az
www.ucnoqta.az

“Öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır!”

09:22 - 10 Aprel 2023 tarixində dərc olunub.

Əməkdar artist Mehriban Xanlarova mərhum Azər Paşa Nemətov barədə status yazan aktyorlara üsyan edib.

Bu barədə aktrisa instaqramda paylaşım edərək onları qorxaq adlandırıb:

“Sosial şəbəkələrdə oxuyuram ki bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azər Paşa Nemətovun haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan sözünü çıxıb deyərdi! Kimsə öləndən sonra onun haqqında “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür - Allahın biləcəyi işdir!”.

Müəllif: Ucnoqta.az redaksiyası