Ucnoqta.az
www.ucnoqta.az

39 yaşlı şotlandiyalı qadın lotereyada "Porsche" qazanıb

05:32 - 10 Aprel 2023 tarixində dərc olunub.

39 yaşlı şotlandiyalı qadın lotereyada 100 min funt-sterlinq dəyərində "Porsche" qazanıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, lakin o, avtomobili idarə etməkdən imtina edib.
Qadın çoxuşaqlı anadır, altı övladı və artıq dörd nəvəsi var. O, uduşunu satmağı və əldə etdiyi gəliri ipotekanı bağlamaq və böyük ailəsinin sağlamlığına istifadə etməyi planlaşdırır.

Şotlandiyalı qadının əri avtomexanikdir. Qadının dediyinə görə, o, qazandığı maşını satmaqdan imtina etsə də, ailə qarşısında öhdəlikləri hər şeydən üstündür.

Müəllif: Ucnoqta.az redaksiyası