Ucnoqta.az
www.ucnoqta.az

Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib -  FOTO (YENİLƏNİB)

11:45 - 9 Aprel 2023 tarixində dərc olunub.

Xalq artisti İrana Tağızadə ürək tutmasından vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya onun həyat yoldaşı Firdovsi Atakişiyev məlumat verib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Xalq artisti ilə sabah evində vida mərasimi keçiriləcək.

10:05

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Bu barədə Ucnoqta.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

Allah rəhmət eləsin!

Müəllif: Ucnoqta.az redaksiyası