Ucnoqta.az
www.ucnoqta.az

Nazirlikdən Botanika İnstitutu ilə bağlı açıqlama

16:55 - 8 Aprel 2023 tarixində dərc olunub.

“Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər”.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

“Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır. Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir. 

Məsələ ilə bağlı əlavə məlumat veriləcək” - açıqlamada qeyd olunur.

Müəllif: Ucnoqta.az redaksiyası