Ucnoqta.az
www.ucnoqta.az

Öldürülüb quyuya atılan şəxs Elnarə Bəkirovanın atası imiş

15:00 - 8 Aprel 2023 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, daha öncə itkin xəbəri yayılan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Ucnoqta.az OLAY-a istinadən xəbər verir ki, həmin şəxs tanınmış iş xanımı, “Şərifzadə Art Center”in şəriklərindən biri rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Xatırladaq ki, üzərində 300 min manatla itkin düşən Kamran Bəkirova küt alətlə xəsarət yetirilib, "Ləhiş bağları" ərazisindəki su quyusuna atılıb. 

Müəllif: Ucnoqta.az redaksiyası