Ucnoqta.az
www.ucnoqta.az

Vilayət Eyvazov baş leytenantı rəis TƏYİN ETDİ

21:48 - 7 Aprel 2023 tarixində dərc olunub.

Zaqatala Rayon Polis Şöbəsində kadr dəyişikliyi olub.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən polis baş leytenantı Elşən Ramazanov Zaqatala Rayon Polis Şöbəsinin Cinayət-Axtarış bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Ramazanov bundan əvvəl elə Zaqatala Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyib.

Müəllif: Ucnoqta.az redaksiyası