Ucnoqta.az
www.ucnoqta.az

Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini ilə görüşdü

19:00 - 7 Aprel 2023 tarixində dərc olunub.

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarin ilə görüşüb.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, tərəflər ikitərəfli ticarət dövriyyəsinin artım tempini müsbət qiymətləndiriblər.

Tərəflər, həmçinin ticarət-iqtisadi, investisiya, nəqliyyat-logistika, sənaye, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Müəllif: Ucnoqta.az redaksiyası