Bakıda dələduzluqda təqsirləndirilən Aqşin Abdullayev və həyat yoldaşı Leyla Abdullayevaya (bu günədək polisin nəzarəti altında olub) hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
L.Abdullayeva məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, iş üzrə 5 zərəçəkmiş var.
Təqsirləndirilən şəxsin zərərçəkmişlərə qarşı 107 min manat zərər vurduğu göstərilib.
Onlar Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.///report