Bakıda sərnişinlərin həyatını heçə sayaraq yarışan digər avtobus sürücüsünün də kimliyi müəyyən olunub.
Bu barədə Ucnoqta.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis mayoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, artıq digər sürücü barəsində də qanunamüvafiq formada tədbir görülüb:
“Araşdırma zamanı “Daewoo” markalı 99-JN-796 dövlət nömrə nişanlı sərnişin avtobusunu idarə edən sürücü Kərimov Məhərrəm Kərim oğlu müəyyən edilərək saxlanılıb və barəsində toplanılmış materiallar Nizami Rayon Məhkəməsinə təqdim edilib. Nizami Rayon Məhkəməsinin qərarı ilə sürücü İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə təqsirli bilinib və 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib”.
Qeyd edək ki, Kərimov Məhərrəm Kərim oğlunun idarə etdiyi avtobus “Kənan-2000” MMC-yə məxsusdur.