Ucnoqta.az
www.ucnoqta.az

Tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib

16:27 - 7 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycana narkotik vasitələr gətirməyə cəhd edən cinayətkarlara qarşı ən sərt tədbirlər həyata keçirilir.

Bunu APA-ya müsahibəsində Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işi üzrə müavini, general-leytenant Firuz Şirinzadə deyib.

O bildirib ki, sərhəd naryadlarına hər hansı silahlı müqavimət, yaxud qanuni tələbə tabe olmama halında narkotik qaçaqmalçılarını yerindəcə məhv etmək əmri verilib:

“Bu tədbirlər bundan sonra da tam qətiyyətlə davam edəcək”.

Müəllif: Ucnoqta.az redaksiyası