Ucnoqta.az
www.ucnoqta.az

"Azneft" dairəsi bağlanacaq

10:37 - 7 Aprel 2023 tarixində dərc olunub.

Yol polisi Bakının mərkəzi prospektində asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

Bu barədə Ucnoqta.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

"Paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir-bərpa işləri aparılır. Belə ki, bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq, sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik", -deyə DYP əməkdaşı bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası