Ucnoqta.az
www.ucnoqta.az

Mərhumun ruhunu sakitləşdirmək üçün qadın qurban kəsilib - Hindistanda DƏHŞƏTLİ QƏTL

09:14 - 7 Aprel 2023 tarixində dərc olunub.

Hindistanda 2019-cu ildə insan qurbanı verən beş kişi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindustan Times yazıb. Məlumata görə, onlar qadınların başını kəsməkdə ittiham olunurlar.

64 yaşlı Şanti Şo Assam ştatının Quvahati şəhərindəki Kamahya məbədi yaxınlığında başı kəsilərək öldürülüb. Bu ziyarətgah tantrizmi tətbiq edən möminlərin əsas ziyarətgahlarından biri hesab olunur.

Dörd ilə yaxındır ki, mərhumun cəsədi müəyyən edilmədiyindən bu işin üstünü açmaq mümkün olmamışdı.

Mütəxəssislər artıq qadının kimliyini müəyyən edə biliblər. İstintaqın məlumatına görə, o, Madhya Pradeşdən olan 52 yaşlı Pradeep Pathakın başçılıq etdiyi beş nəfərdən ibarət qrup tərəfindən öldürülüb. Polisin dediyinə görə, kişi mərhum qardaşı, asket yoginin ruhuna dinclik vermək üçün Şonu qurban kəsib.

Hadisəni törədənin qohumu 11 il əvvəl dünyasını dəyişib.

Şanti Şo 2019-cu ilin iyul ayında dini bayram üçün Quvahatiyə gəlib. İyulun 18-dən 19-na keçən gecə kişilər onu bir neçə rituala cəlb ediblər. Onlardan biri zamanı onu yerə yıxıb başını kəsdilər. Başı sellofana büküb Brahmaputra çayına atıblar. Qətldə 5 nəfər, ondan əvvəlki ayinlərdə isə 11 nəfər birbaşa iştirak edib.

Nəticədə geyim qalıqları, döymələr və digər spesifik əlamətlərlə mərhumun kimliyini müəyyən etmək mümkün olub.

Cinayətin təşkilatçısı martın 25-də həbs edilib. O, mərasim iştirakçılarının hər birinə 10 min rupi ödəyib. Polis digər şübhəliləri axtarır.

Müəllif: Ucnoqta.az redaksiyası