Ucnoqta.az
www.ucnoqta.az

Bakının bu yollarında tıxac var - Siyahı

08:21 - 7 Aprel 2023 tarixində dərc olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakının bir sıra yollarında nəqliyyatın hərəkəti barədə məlumat yayıb

NİİM-dən Ucnoqta.az-a bildirilib ki, bir sıra küçə və prospektlərdə tıxac yaranıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Heydər Əliyev prospekti əsas və kənar yol, mərkəz istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Tbilisi prospekti, mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası