Ucnoqta.az
www.ucnoqta.az

Vərəm aşkarlanan məktəb dezinfeksiya edilib, şagirdlər peyvənd olunub

16:36 - 6 Aprel 2023 tarixində dərc olunub.

31 mart 2023-cü il tarixində Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8 ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.

Məktəbdən APA-ya verilən xəbərə görə, məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.

Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub.

Müəllif: Ucnoqta.az redaksiyası