Ucnoqta.az
www.ucnoqta.az

Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri başa çatıb - FOTO

13:36 - 6 Aprel 2023 tarixində dərc olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfəri aprelin 6-da başa çatıb.

Ucnoqta.az xəbər verir ki, Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistan Prezidenti Emoməli Rəhmon yola salıb.

Müəllif: Ucnoqta.az redaksiyası