Ucnoqta.az
www.ucnoqta.az

Lempard mövsümün sonuna qədər "Çelsi"ni çalışdıracaq

12:02 - 6 Aprel 2023 tarixində dərc olunub.

Frenk Lempard mövsümün sonuna qədər "Çelsi"ni çalışdıracaq.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Co Edvards, Kris Cons və Co Koul mütəxəssisin köməkçisi olacaqlar. Mütəxəssis 2019-2021-ci illərdə "Çelsi"yə rəhbərlik edib.

Yanvar ayında Lempard Evertondan istefaya göndərilib.

Xatırladaq ki, "Çelsi" baş məşqçisi Qrem Potteri istefaya göndərib.

Potter 2022-ci ilin sentyabrından "Çelsi"yə rəhbərlik edir və müqaviləsi 2027-ci ilin iyununun sonuna qədər idi.

Müəllif: Ucnoqta.az redaksiyası