Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə vətəndaşı Bakıda itkin düşdü

10:26 - 6 Aprel 2023 tarixində dərc olunub.

Bakıda Türkiyə vətəndaşı olan Büşra Yanardağ itkin düşüb.

Bu barədə qadının həyat yoldaşı polisə müraciət edib.

Türkiyə vətəndaşı Sinan Yıldırım ərizə ilə polisə müraciət edərək bildirib ki, 1994-cü il təvəllüdlü həyat yoldaşı Büşra Yanardağ aprelin 4-ü saat 22:00 radələrində birgə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.///report

Müəllif: Ucnoqta.az redaksiyası