Ucnoqta.az
www.ucnoqta.az

ABŞ dörd gürcü məmura qarşı viza sanksiyaları tətbiq edib

20:18 - 5 Aprel 2023 tarixində dərc olunub.

Vaşinqton Gürcüstan Ali Ədliyyə Şurasının dörd üzvünü “əhəmiyyətli korrupsiyada” günahlandıraraq sanksiya tətbiq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Bu şəxslər Gürcüstan məhkəmələrinin sədrləri və Ali Ədliyyə Şurasının üzvü kimi öz vəzifələrindən sui-istifadə edərək, qanunun aliliyini və Gürcüstanın hüquq sisteminə ictimai etimadı sarsıdıblar”, - Dövlət Departamentinin rəhbəri bildirib.

Sanksiya siyahısına Mixeil Çinçaladze, Levan Murusidze, İrakli Şengeliya və Valerian Tsertsvadze daxil edilib.

Müəllif: Ucnoqta.az redaksiyası