Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvan DYP-yə yeni rəis təyin edilib

15:47 - 4 Aprel 2023 tarixində dərc olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi İdarəsinə yeni rəis təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə polis polkovnik-leytenantı Mais Məmmədov təyinat alıb.

O, bu təyinata qədər Naxçıvan Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, ötən həftə Naxçıvan DYPİ-nin rəisi, polis mayoru Ayaz Quliyev işdən azad olunmuşdu.

Müəllif: Ucnoqta.az redaksiyası