Ucnoqta.az
www.ucnoqta.az

"İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir" - Ziyafət Əsgərov

12:13 - 4 Aprel 2023 tarixində dərc olunub.

"İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir".

"Report" xəbər verir ki, bunu Milli Məclisin aprelin 4-də keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O söyləyib ki, mərhum akademik Ziya Bünyadovun qətlinin sifarişi İrandan gəlmişdi.

Z.Əsgərov qeyd edib ki, Ermənistanla əməkdaşlıq edən İranın Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktının arxasında durması təsadüfi deyil: "Azərbaycana qarşı tələ quranlar özləri bu tələyə düşəcəklər”.

Müəllif: Ucnoqta.az redaksiyası