Ucnoqta.az
www.ucnoqta.az

Qardaşını bıçaqlayan qadının istintaqı baça çatıb

09:14 - 4 Aprel 2023 tarixində dərc olunub.

Bakıda qardaşını bıçaqlamaqda təqsirləndirilən Püstə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 02:30 radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb.

Belə ki, paytaxt sakini Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 1970-ci il təvəllüdlü Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyəsinə 4 bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.///apa

Müəllif: Ucnoqta.az redaksiyası