Məşhur mesajlaşma proqramı "WhatsApp" istifadəçilərə yad adamların söhbətlərini bloklamağa imkan verəcək yeni məxfilik funksiyası üzərində iş gedir.
Ucnoqta.az xəbər verir ki, bu barədə WABetaInfo portalının ekspertləri bildirib.
“WhatsApp” istifadəçilərə barmaq izi və ya parolu ilə müəyyən söhbətləri bloklamağa imkan verəcək yeni funksiya üzərində işləyir. Mütəxəssislərin fikrincə, seçim messencerdə məxfiliyi artırmağa və şəxsi söhbətləri yad gözlərdən qorumağa kömək edəcək.
“Əgər kimsə təhlükəsiz söhbətə daxil olmağa çalışırsa və lazımi autentifikasiyanı təqdim etmirsə, ondan onu açmaq üçün söhbəti təmizləmək təklif olunacaq” deyə ekspertlər izah edirlər. Söhbətləri bloklamaq imkanı inkişaf mərhələsindədir və gələcək proqram yeniləməsində buraxılacaq.