Ucnoqta.az
www.ucnoqta.az

Naxçıvanda dəm qazından 46 yaşlı qadın ölüb - FOTO

10:14 - 3 Aprel 2023 tarixində dərc olunub.

Naxçıvanda dəm qazının sızması ölümə səbəb olub.

APA xəbər verir ki, hadisə dünən Naxçıvan şəhərində qeydə alınıb.

Belə ki, evdə dəm qazının sızması nəticəsində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin laborantı, 1977-ci il təvəllüdlü Hüseynova Aynurə Cavanşir qızı zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası