Ucnoqta.az
www.ucnoqta.az

Sony yeni oyun cihazı hazırlayır

16:08 - 2 Aprel 2023 tarixində dərc olunub.

Sony şirkəti PlayStation brendi altında yeni cihaz üzərində işləyir.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Tom Henderson deyib.

Hendersonun sözlərinə görə, yenilik "PlayStation 5 Pro" konsolundan daha tez buraxılacaq. Lakin o, naməlum cihaz haqqında təfərrüatları açıqlamayıb, gələcəkdə daha çox məlumat paylaşacağını vəd edib. 

Netizenlər də öz növbəsində qərara gəldilər ki, söhbət Sony portativ konsolundan gedir. Şirkət daha əvvəl 2004-cü ilin sonunda uğurlu PlayStation Portable və 2011-ci ildə uğursuz PlayStation Vita ilə portativ konsol bazarında Nintendo ilə rəqabət aparmağa çalışmışdı.

Müəllif: Ucnoqta.az redaksiyası