Ucnoqta.az
www.ucnoqta.az

İmişlidə ferma yanıb

11:24 - 2 Aprel 2023 tarixində dərc olunub.

İmişli rayonunun Ağaməmmədli kəndində ferma ərazisində ümumi sahəsi 20 m² olan vaqon tipli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 24 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ferma yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası