Ucnoqta.az
www.ucnoqta.az

Neymar bir saata 1 milyon avro uduzdu

06:14 - 30 Mart 2023 tarixində dərc olunub.

"PSJ" və Braziliya millisinin hücumçusu Neymar Facebook canlı yayımı zamanı onlayn mərc saytında 1 milyon avro itirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Yahoo sport" məlumat yayıb.

Bu məbləği uduzmaq üçün oyunçuya bir saatdan az vaxt lazım olub. Bu qədər böyük məbləğ itirdiyini anlayan Neymar üzülməyib, sadəcə olaraq, "Titanik" filmindəki musiqi mövzusunun sədaları altında ağlamağı təqlid edərək, zarafat edib.

Canlı yayım bitdikdən az sonra Neymarın Twitter profili sındırılıb. 

Müəllif: Ucnoqta.az redaksiyası