Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yolu keçən 72 yaşlı qadını avtomobil vurub

13:06 - 29 Mart 2023 tarixində dərc olunub.

Bakının Nəsimi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 1951-ci il təvəllüdlü Bella Qlilovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası