Ucnoqta.az
www.ucnoqta.az

Ekvadorda torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 70-i keçib

04:32 - 29 Mart 2023 tarixində dərc olunub.

Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində sürüşmə nəticəsində itkin düşənlərin sayı 71 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS ölkənin fövqəladə hallar idarəsinə istinadən məlumat yayıb.

"71 nəfər itkin düşmüş hesab olunur", - idarənin hesabatında deyilir.

Son məlumata görə, 8 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

Xilasedicilər hadisə yerindədir, dağıntılar təmizlənir.

Daha əvvəl yeddi nəfərin öldüyü, 46 nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası