Ucnoqta.az
www.ucnoqta.az

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ baş verib

08:44 - 28 Mart 2023 tarixində dərc olunub.

İndoneziya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşirdi.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası